Migrasiya Departamenti 20 əcnəbini saxladı – VİDEO

Xeber.ge xəbər verir ki,
Qurumun bəyanatında deyilir: "Əldə edilmiş məlumat əsasında, tədbir çərçivəsində Departament əməkdaşları tərəfindən Gürcüstanda qanuni əsası
olmadan ölkədə olan xarici vətəndaşların müəyyən edilməsi məqsədilə müəyyən yerlər yoxlanılıb.
Kompleks tədbirlər nəticəsində xarici ölkələrin 20 vətəndaşı saxlanılıb.
Onların arasında Hindistan, Pakistan, Banqladeş, Nepal, Misir, İordaniya, Filippin və Türkmənistan vətəndaşları var.
Məlum olub ki, onlar ölkədə Gürcüstanın "Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında" qanunu ilə müəyyən edilmiş tələbləri pozaraq yaşayıblar".