Xüsusilə külli miqdarda narkotikin qanunsuz əldə edilib saxlanılmasına görə 2 nəfər saxlanıldı

Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, Sameqrelo-Zemo Svaneti Polis Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilib saxlanılmasına görə Ukrayna vətəndaşları – 2004-cü il təvəllüdlü E.B. və 1984-cü il təvəllüdlü İ.B.-ni saxlayıblar.
Cinayətlər 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
"Hüquq-mühafizə orqanları saxlanılan şəxslərin şəxsi əşyalarını və müvəqqəti yaşayış yerlərini axtarış zamanı xüsusilə külli miqdarda narkotik vasitə – 'metadon' müsadirə ediblər.
İstintaq tədbirləri nəticəsində polis maddi sübut kimi həmçinin elektron tərəzilər də götürüb", – deyə bəyanatda bildirilir.
İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin 260-cı maddəsi əsasında aparılır.
mənbə: marneulifm