Prokurorluq keçmiş müdafiə naziri İrakli Okruaşviliyə qarşı istintaqa başlayıb

Gürcüstan Prokurorluğu keçmiş müdafiə naziri İrakli Okruaşviliyə qarşı istintaq başlayıb.
Qurum bu qərarı parlamentin “Vahid Milli Hərəkat”ın hakimiyyətdə olduğu dövrdəki fəaliyyətlərini araşdırmaq məqsədilə yaradılmış müvəqqəti istintaq komissiyasının müraciəti əsasında verib.
Okruaşvili istintaq komissiyasının iclasında iştirakdan imtina etdikdən sonra, komissiya məsələ ilə bağlı prokurorluğa müraciət edib.
Eyni əsasla istintaq “Güclü Gürcüstan” partiyasının liderləri Mamuka Xazaradze və Badri Japaridze barəsində də başladılıb. Onlar da komissiyanın iclasına çağırılmışdılar, lakin ifadə verməkdən imtina etmişdilər.
Qanunvericiliyə əsasən, parlamentin müvəqqəti istintaq komissiyasının iclasında iştirak etməmək cinayət məsuliyyəti yaradır və bu, cərimə və ya bir ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
mənbə: interpress