"Öz ölkəni müharibəyə başlamaqda ittiham etmək ən böyük xəyanətdir

Mar 28, 2025 - 18:33
 0  89
"Öz ölkəni müharibəyə başlamaqda ittiham etmək ən böyük xəyanətdir

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili  Gürcüstan parlamentində "Vahid Milli Hərəkat" hakimiyyətinin fəaliyyətini araşdıran müvəqqəti istintaq komissiyası ətrafında gedən proseslərə münasibət bildirib.

Bu barədə   Mixail Saakaşvili  sosial şəbəkə vasitəsilə  paylaşım edib.

Onun sözlərinə görə, bu istintaq komissiyası vasitəsilə Bidzina İvanişvili Rusiyanın göstərişi ilə "qisas almağa çalışır".  

"İvanişvili vaxtilə Gürcüstanın hərbçiləri ilə bağlı Haaqa tribunalında iş açılmasına süni şəkildə şərait yaratmağa cəhd etdi. Lakin Gürcüstan qalib gəldi və İvanişvili uduzdu. İndi isə Rusiyanın tapşırığı ilə bu miskin komissiya vasitəsilə qisas almağa çalışır.  

2008-ci ildə tərəfdaşlarımız məni xəbərdar edirdilər ki, ölkəni tərk etməliyəm, əks halda, Putin məni öldürəcək. Amma mən bir addım belə geri çəkilmədim, heç kim heç yerə getmədi və bununla da Gürcüstanın dövlətçiliyini qoruduq. Bununla qürur duyuram.  

Kiminsə mənə və ya "Vahid Milli Hərəkat"a münasibəti fərqli ola bilər, ancaq "mənim buna aidiyyətim yoxdur" mövqeyi tamamilə anlaşılmazdır. Ölkə ölümcül təhlükə qarşısındadırsa, burada hər kəs məsuliyyət daşıyır. Gürcüstanın maraqları məsələyə çevrilibsə, artıq hamı buna aidiyyəti olduğunu anlamalıdır", – deyə Saakaşvili yazıb.

mənbə: interpress