"Dinamo Arena" ətrafında hərəkət məhdudlaşdırılacaq
UEFA Millətlər Liqasının 2026-2027-ci illər mövsümünün seçmə oyunları dövründə "Dinamo Arena"nın ətrafındakı küçələrdə avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
XEBER.GE xeber verir ki, məlumatı Tbilisi Meriyası yayıb.
"Sentyabrın 25-i, saat 09:00-dan etibarən Slava Metreveli küçəsində yol hərəkəti tamamilə məhdudlaşdırılacaq, saat 15:00-dan etibarən isə stadionun ətrafında – David Qipiani və Vladimir Mayakovski küçələrində qismən məhdudlaşdırılacaq.
Həmçinin sentyabrın 28-i, saat 09:00-dan etibarən Slava Metreveli küçəsində nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılacaq, saat 15:00-dan etibarən isə Akaki Serteli prospektinin bir hissəsində – Slava Metreveli küçəsindən Qiorqi Tsabadze küçəsinin kəsişməsinə qədər olan ərazidə bağlanacaq. Həmçinin Vladimir Mayakovski, David Qipiani və Qiorqi Tsabadze küçələrində də hərəkət məhdudlaşdırılacaq.
Məhdudiyyət dövründə hərəkət Tevdore Mvdelri, Abastumani, Mixeil Sinamdzğvrişvili küçələrində, Tamar Mefe prospektində, Arçil Kurdiani, Şota Yamanidze və Murman Lebanidze küçələrində mümkün olacaq.
İctimai nəqliyyata gəldikdə, avtobuslar və mikroavtobuslar Kutaisi küçəsinə yönləndiriləcək, buradan Vaxuşti Baqrationi körpüsü, Qiorqi Saakadze meydanı, Konstantin Qamsaxurdia prospekti vasitəsilə hərəkət edərək Qəhrəmanlar meydanından müəyyən edilmiş istiqamətlərə hərəkətlərini davam etdirəcəklər", – deyə Tbilisi Meriyasının məlumatında qeyd olunur.