Sabahdan yeni qayda: 60 yaşdan yuxarı şəxslər üçün 500 laridən çox qumar və kripto köçürmələrinə nəzarət sərtləşdirilir

Aug 31, 2026 - 13:04
 0  26
Sabahdan yeni qayda: 60 yaşdan yuxarı şəxslər üçün 500 laridən çox qumar və kripto köçürmələrinə nəzarət sərtləşdirilir

Sabahdan 60 yaşdan yuxarı şəxslər üçün ödəniş tələbləri sərtləşdirilir — 500 laridən artıq qumar və kripto əməliyyatları şübhəli hesab olunacaq.

 XEBER.GE xeber  verir ki,  Milli Bank bu ilin aprel ayında qəbul edib. Milli Bankın prezidenti Natia Turnavanın əmri ilə "İstifadəçinin güclü autentifikasiyası və maliyyə təşkilatları tərəfindən xidmət göstərilərkən istehlakçıların hüquqlarının qorunması qaydaları"na dəyişiklik edilib. Bu dəyişiklik həssas seqmentin — 60 yaşdan yuxarı istifadəçilərin dələduzluq sxemlərindən qorunmasını daha effektiv edəcək.

İstehlakçıların hüquqlarının qorunması və oluna biləcək maliyyə dələduzluğunun qarşısının alınması məqsədilə Gürcüstan Milli Bankı ödəniş xidmətləri ilə bağlı mövcud tələbləri sərtləşdirir.

Xüsusilə, qaydalara edilən dəyişiklik 60 yaşdan yuxarı istifadəçilərin qorunmasına xidmət edir. Yenilənmiş tənzimləmələr qabaqcıl beynəlxalq təcrübəyə əsaslanır və elə əlavə tələbləri əhatə edir ki, bunlara əsasən ödəniş xidməti təminatçısı 60 yaşdan yuxarı şəxslərin hesablarından həyata keçirilən müəyyən əməliyyatlarda risklərin idarə olunmasını daha yüksək standartla yerinə yetirməyə borcludur.

Dəyişikliklərə əsasən, ehtimal olunan dələduzluq əməlləri nəticəsində elektron ödəniş əməliyyatının icrasının qarşısını almaq məqsədilə ödəniş xidməti təminatçısı monitorinq mexanizmlərində 60 yaşdan yuxarı istifadəçilər üçün əlavə xüsusi mühafizə tədbirləri tətbiq etməlidir.

Xüsusilə, ödəniş xidməti təminatçısı istifadəçi tərəfindən təşəbbüs edilən riskli elektron ödəniş əməliyyatının icrasını müvəqqəti dayandırmalı və ya bunun mümkün olmadığı halda imtina etməlidir. Aşağıdakı hallar riskli əməliyyat hesab olunacaq:

Əgər ödəniş əməliyyatının məbləği 500 larini keçirsə və əməliyyatın məzmunu dələduzluğun yüksək risk profilinə malik fəaliyyətlərlə — o cümlədən onlayn ticarət (məsələn, "Forex"), investisiya, qumar biznesi və ya virtual aktivlərlə (kriptovalyuta) bağlıdırsa;

Yaxud istifadəçi üçün qeyri-adi xərcləmə və davranış xüsusiyyəti aşkar edilibsə.

Riskli əməliyyat qeydə alındıqda, ödəniş xidməti təminatçısı istifadəçi ilə əlaqə saxlamağa və onu məlumatlandırmağa borclu olacaq. Bu, istifadəçinin vəziyyəti daha yaxşı təhlil etməsinə kömək edəcək və dələduzların manipulyasiyası riskini azaldacaq.

Bununla yanaşı, qeyd olunmalıdır ki, riskli və ya şübhəli əməliyyat təşəbbüs edildikdən sonra istifadəçinin yekun qərar vermək və bunu xidmət təminatçısına təsdiqləmək üçün 48 saat vaxtı olacaq.

Qeyd edək ki, birinci mərhələdə Milli Bank tərəfindən hazırlanmış yeni qayda sentyabr ayından qüvvəyə minəcək və yalnız kart əməliyyatlarına şamil olunacaq.

"Bir daha qeyd edirik ki, istehlakçıların, xüsusilə də pensiya yaşı olan seqmentin hüquqlarının qorunması Milli Bank üçün mühüm vəzifələrdən biridir. Məhz buna görə də Milli Bank maliyyə sektorunda etibarlılıq, sabitlik və şəffaflığı təmin etməklə mühiti davamlı olaraq təkmilləşdirməyə çalışır. Milli Bank gələcəkdə də dələduzluq risklərinin monitorinqini davam etdirəcək və ehtiyac olduqda effektiv reaksiya verəcək", — deyə Milli Bankın bəyanatında bildirilir.