Batumidə İnterpolun qırmızı sirkulyarı ilə axtarılan Türkiyənin 2 vətəndaşı saxlanıldı

Aug 31, 2026 - 12:14
 0  6
Batumidə İnterpolun qırmızı sirkulyarı ilə axtarılan Türkiyənin 2 vətəndaşı saxlanıldı

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları İnterpolun qırmızı sirkulyarı ilə axtarışda olan Türkiyə Respublikasının 2 vətəndaşını saxlayıblar.

XEBER.GE xeber  verir ki, bu barədə məlumatı DİN yayır.

Saxlanılan şəxslər Türkiyə hüquq-mühafizə orqanlarının tələbi əsasında müxtəlif kateqoriyalı cinayətlər törətdiklərinə görə İnterpolun qırmızı sirkulyarı ilə axtarışda idilər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilmiş istintaq tədbirləri nəticəsində axtarışda olan şəxslər müxtəlif vaxtlarda Batumidə saxlanılıblar.

Hazırda hər iki saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları aparılır", — deyə yayılan məlumatda bildirilir.