Marneulidə Episkopluq nümayəndələrinə fiziki zorakılıq tətbiq olunub – hadisə Gürcü Arzusuna yaxın şəxslərlə əlaqələndirilir

Kvemo Kartli bölgəsinin dövlət nümayəndəsinin keçmiş müavininə bağlı dəstə Marneulidə episkopluğun nümayəndələrinə fiziki zorakılıq göstərib. Hadisə yerindən verilən məlumata görə, ərazidə atəş səsləri də eşidilib.
Bu barədə “Pirvelinews” tərəfindən yayılan məlumat yayıb.
Hələlik məlum deyil ki, bu insident Marneuli və Hucabis episkopu Georgi (Jamdeliani) tərəfindən səsləndirilmiş qalmaqallı bəyanatla bağlıdırmı.
Qeyd edək ki, episkop bazar günü verdiyi vəzində “Gürcü Arzusu” partiyasına yaxın şəxslərin bir monax qadın vasitəsilə onu zəhərləməyi planlaşdırdığını bildirmişdi.
Episkopluqda xidmət edən dini şəxslər bildiriblər ki, onlar yalnız episkopun dediklərini təkrarlaya bilərlər:
“Vəzdə deyilənlərdən artıq heç nə deyə bilmərik. Nə açıqlanmalıydısa, artıq açıqlandı. Əgər daha artıq nəsə deyiləcəksə, onu da sonra biləcəksiniz”, – deyə onlardan biri bildirib.
Episkopun açıqlamasından bir neçə saat keçsə də, Daxili İşlər Nazirliyinin nümayəndələri episkopluq ərazisində hələlik görünməyiblər. Hadisə ilə bağlı yerli polis idarəsi də heç bir açıqlama vermir.
Xüsusi olaraq qeyd edilir ki, episkop onun fiziki məhv edilməsinin planlaşdırıldığını söylədiyi vaxtda, Daxili İşlər Nazirliyi hazırkı rəhbərliyinin nümayəndəsi – nazir İrakli Kobaxidzenin kabinetindən olan şəxslə birlikdə Gürcüstan Patriarxlığında görüş keçirirdi.
mənbə: interpress