Gürcüstanda irimqyaslı silah kontrabandasının qarşısı alındı
Gürcüstanın Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları tərəfindən ölkəyə böyük miqdarda odlu silah və hərbi sursatın qanunsuz gətirilməsi cəhdinin qarşısı alınıb.
XEBER.GE xəbər verir ki, keçirilən birgə əməliyyat nəticəsində iki nəfər saxlanılıb, onlardan biri xarici ölkə vətəndaşıdır.
Hüquq-mühafizə orqanlarının "Sarpi" gömrük-keçid məntəqəsində və Poti dəniz limanında yerləşən İqtisadi Tərtibat Zonasında təqsirləndirilən şəxslərə məxsus avtomobillərə baxış keçirməsi nəticəsində aşağıdakı hərbi sursatlar maddı sübut kimi götürülüb:
500-ə yaxın döyüş patronu;
2 ədəd pnevmatik idman silahı;
2 000-dən çox güllə gilzi (güllə qabığı);
900-ə yaxın gilz üçün mərmi (başlıq);
Odlu silah patronları üçün nəzərdə tutulmuş 2.5 kiloqram barıt.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı (Qanunsuz olaraq silah, sursat saxlanılması, gəzdirilməsi, əldə edilməsi), 19-236-cı (Silah və sursatın qanunsuz gətirilməsinə cəhd) və 19-214-cü (Gömrük qaydalarının pozulması/kontrabandaya cəhd) maddələri ilə davam etdirilir.
Bu maddələr üzrə təqsirləndirilən şəxsləri 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.