"Asaval-Dasavali"nin jurnalisti dövlətə xəyanət şübhəsilə saxlanıldı

Oct 22, 2026 - 15:28
 0  9
"Asaval-Dasavali"nin jurnalisti dövlətə xəyanət şübhəsilə saxlanıldı

Prokurorluğun versiyasına görə, Çubinidzenin David Qareci ilə bağlı nəşrləri dövlət sərhədinin razılaşdırılması üzrə komissiyanın işinə mane olub.

XEBER.GE xeber  verir ki, Gürcüstanın məşhur "Asaval-Dasavali" qəzetlərindən birinin nümayəndəsi Domenti (Dito) Çubinidze Gürcüstan-Azərbaycan sərhədinin David Qareci monastır kompleksinin yerləşdiyi hissəsi ilə bağlı nəşrlərinə görə vətənə xəyanətdə ittiham olunaraq saxlanılıb.

"2026-cı ilin fevral ayından başlayaraq Domenti Çubinidze müxtəlif kütləvi informasiya vasitələri və sosial platformalardan istifadə edərək sistemli şəkildə yalan və dezinformasiya xarakterli xəbərlər yayır, uydurma faktlara əsaslanaraq iddia edir ki, Gürcüstanın Baş nazirinin qonşu ölkə ilə gizli bağladığı sazişə əsasən, David Qareci monastır kompleksinin bir hissəsi Azərbaycana verilib", – prokurorluğun məlumatında deyilir.