İrakli Okruaşviliyə həbsxanada yeni ittiham irəli sürüldü

Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvilinin vəkili Mamuka Çabiaşvilinin verdiyi məlumata görə, Okruaşviliyə həbsdə yeni ittiham irəli sürülüb.
Vəkilin sözlərinə görə, onun Gürcüstanda olmadığı müddətdə istintaqçılar Rustavidə yerləşən 12 saylı cəzaçəkmə müəssisəsində Okruaşvili ilə görüşərək ona yeni ittiham barədə məlumat veriblər.
Mamuka Çabiaşvili qeyd edir ki, bu “banal məsələdir” və iki il əvvəl baş vermiş hadisəyə aiddir. Digər detallarla bağlı isə vəkil daha sonra açıqlama verəcəyini bildirib.
Hazırda Tbilisi Şəhər Məhkəməsində İrakli Okruaşvilinin parlamentin müvəqqəti araşdırma komissiyasının çağırışına getmədiyi üçün məhkəmə prosesi keçirilməlidir.
Okruaşvili bu prosesə özü qatılmayacaq.
mənbə: marneulifm