"Hər məhkəmə iclasını adi bir sirkinə çevirdiniz"

Jun 24, 2025 - 15:56
 0  23
"Hər məhkəmə iclasını adi bir sirkinə çevirdiniz"

"Hakimiyyətə nə üçün lazımdır mediaya məhkəmə proseslərinin işıqlandırılmasını məhdudlaşdıran qanun dəyişikliyi?" – Tbilisi meri Kaxa Kaladze jurnalistlərin sualına cavab verərək bildirib.

"Bu qərar bizə yox, ölkəyə lazımdır, ki, sizin etdiyiniz gülünc hala çevrilməsin. Hər məhkəmə iclasını adi bir sirkinə çevirdiniz. Sizin özünüzə nəyi rəva bildiyiniz sadəcə ağlasığmazdır. Bu baxımdan qəbul ediləcək qərar Avropa ölkələrində və ABŞ-da tətbiq olunan praktikalara uyğun olacaq."

Kaladzenin sözlərinə görə, son illərdə məhkəmə zalları məqsədli şəkildə "sirk səhnəsinə" çevrilir və bu, yolverilməzdir:

"Son illərdə açıq şəkildə görünür ki, bəzi şəxslər bilərəkdən məhkəmə proseslərini sirkləşdirirlər. Bu artıq dözülməz həddə çatıb. Ona görə də Avropa ölkələrində və ABŞ-da olduğu kimi, məhkəmə iclaslarının mediaya qapalı keçirilməsi qərarı qəbul ediləcək."

Xatırladaq ki, “Gürcü Arzusu” partiyasının təşəbbüsü ilə hazırlanmış yeni qanun layihəsinə əsasən, mediaya məhkəmə proseslərini işıqlandırmaq qadağan olunur. Eyni zamanda, məhkəmənin dəhlizlərində və həyətində video və foto çəkilişlərə də məhdudiyyət qoyulur. Proseslərin çəkiliş hüququ yalnız məhkəmənin özünə və ya onun səlahiyyət verdiyi şəxsə veriləcək.

mənbə: marneulifm