40-a yaxın QHT: Siyasi liderlərin həbsi – diktaturaya doğru növbəti addımdır

Jun 24, 2025 - 15:52
 0  29
40-a yaxın QHT: Siyasi liderlərin həbsi – diktaturaya doğru növbəti addımdır

Gürcüstanda fəaliyyət göstərən 40-dan çox qeyri-hökumət təşkilatı müxalifət liderlərinin həbs olunmasına reaksiya verib və bu addımı ölkənin avtoritar rejimə keçidinin bariz sübutu adlandırıb.

Bəyanatda deyilir:

“Bu gün ölkədə 60-dan çox insan vicdan məhbusudur. Məhkəmələr, prokurorluq və digər dövlət institutları hakim partiyanın siyasi alətinə çevrilib. Vətəndaş cəmiyyətinin ardıcıl təqibi və mediaya qarşı təzyiqlər davam edir.

Bidzina İvanişvili hakimiyyəti saxlamaq üçün diktatura yolunu seçdi. Hər gün fundamental insan haqları pozulur. Bu, yalnız bir qrupun deyil, bütün vətəndaşların təhlükəsidir. Sabah repressiyanın qurbanı istənilən adam ola bilər.

Gürcü xalqı geri çəkilməyəcək! Gürcüstan Rusiyaya çevrilməyəcək!

Repressiyalara qarşı qətiyyətli və birgə cavab zəruridir. Demokratik dünya bizim mübarizəmizi görür və həmrəylik nümayiş etdirir. Bu gün, hər zamankindən daha çox, irlikdə durmaq, hərəkətə keçmək və etiraz etmək vacibdir.

Biz bu mübarizədə tək deyilik və yalnız birlikdə qalib gələ bilərik!”


Bəyanatı imzalayan təşkilatlara aşağıdakılar daxildir:

  • Transparency International – Georgia
  • İqtisadi Siyasət Tədqiqatları Mərkəzi
  • Vətəndaş Hərəkatı Azadlıq üçün
  • Sapari
  • Vətəndaş Cəmiyyəti Fondu
  • Proqres naminə Prevensiya
  • Media platforması “Kaktus”
  • Avropa-Gürcüstan İnstitutu (EGI)
  • Kvemo Kartli Qadınlar Assosiasiyası “Qadın və Dünya”
  • Mənim İmeretim
  • İnsan Haqları Mərkəzi
  • EECMD
  • Demokratiya Araşdırmaları İnstitutu (DRI)
  • Gürcüstan Məhkəmə Müşahidəçiləri • Georgian Court Watch
  • Qori İncəsənət Evi – Qori Fotoqraflar Klubu
  • Feniks 2009
  • ENPUD
  • Demokratiya Müdafiəçiləri
  • Avropa Fondu
  • Gürcüstanın Avropa Orbitası
  • Dözümlülük və Plüralizm İnstitutu (TDI)
  • Gürcüstan Psixososial Yardım Assosiasiyası “Etimad”
  • “Qadınlar Regionların İnkişafı üçün” Assosiasiyası
  • İctimai İncəsənət Platforması
  • Ədalətli Seçkilər və Demokratiya üzrə Beynəlxalq Cəmiyyət (ISFED)
  • İşgəncə Qurbanlarının Psixososioloji və Tibbi Reabilitasiya Mərkəzi (GCRT)
  • Alternativa Georgia
  • Hüquqlar Gürcüstan
  • Zorakılığa Qarşı Milli Şəbəkə
  • Gürcüstan Gələcək Akademiyası
  • Yaşıl Alternativ
  • Qadın Təşəbbüslərinin Dəstəyi Qrupu
  • Media, İnformasiya və Sosial Tədqiqatlar Mərkəzi
  • İnsan Hüquqları üzrə Tərəfdaşlıq
  • Sosial Ədalət Mərkəzi
  • Regional Təşəbbüslər Mərkəzi “Parlaq Gələcək”

mənbə: marneulifm