Kaladze Tbilisi meri uğrunda seçkilərdə qalib gəlib
 
                                Tbilisi meri vəzifəsinə keçirilən bələdiyyə seçkilərində hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan" partiyasının namizədi Kaxa Kaladze səslərin 100 faizinin hesablanmasından sonra 71,621 % səs toplayıb.
Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
İkinci yeri "Güclü Gürcüstan" və "Qaxariya Gürcüstan naminə" müxalifət partiyalarının namizədi İrakli Kupradze tutub - o, 12,275 % seçicinin dəstəyini qazanıb.
Üçlüyü "Qırçı" liberal partiyasının namizədi Yaqo Xviçiya tamamlayır - onun lehinə 7,624 % səs var.
Bülletenlərin 99 %-nin işlənməsi nəticəsində hakim partiya ümumilikdə 81,7 % səs toplayıb. İkinci yerdə "Güclü Gürcüstan" (6,7%), üçüncü yerdə isə "Qaxariya Gürcüstan naminə" (3,7%) qərarlaşıb.
Qeyd edək ki, oktyabrın 4-də ölkə üzrə bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 64 bələdiyyədə merlər və bələdiyyə şuralarının deputatları müəyyən olunub.
mənbə: report
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            