Məşhur türk aktyor Serhat Kılıç evində ölü tapılıb

Sep 6, 2026 - 11:02
 0  11
Məşhur türk aktyor Serhat Kılıç evində ölü tapılıb
: :
playing

Məşhur türk aktyor Serhat Kılıç 51 yaşında İstanbuldakı evində ölü tapılıb. Məlumatı türk mediası yayır.

XEBER.GE xeber  verir ki, aktyorla bir neçə gün əрмаi əlaqə saxlamaq mümkün olmayıb. Onun yaşayış evinə gələn sevgilisi onu qonaq otağında, divanda ölü vəziyyətdə tapıb. Yayılan məlumatlara və sevgilisinin ifadəsinə görə, aktyorun leykemiya ilə bağlı səhhətində problemlər olub. Bundan əlavə, elə bu yaxınlarda ona onurğa yırtığı da diaqnozu qoyulmuşdu.

Hadisə yerinə gələn polis və təcili tibbi yardım qrupları ilkin baxış zamanı zorakılıq və ya açıq yara izləri aşkar etməyiblər. Ölümün dəqiq səbəbini müəyyən etmək üçün meyit ekspertizaya göndərilib.

Gürcü tamaşaçısı Serhat Kılıçı məşhur türk seriallarından və filmlərindən, o cümlədən meqa-hit olan "Mühafizəçi" ("Hakan: Muhafız") serialından xatırlayır.