Varşava hava limanında beynəlxalq axtarışda olan gürcü "qanuni oğru"nu saxladılar

Sep 10, 2026 - 23:08
Sep 10, 2026 - 23:10
 0  9
Varşava hava limanında beynəlxalq axtarışda olan gürcü "qanuni oğru"nu saxladılar
: :
playing

Polşada 39 müxtəlif pasportdan istifadə edən gürcü əsilli "qanuni oğru" saxlanılıb.

XEBER.GE xeber  verir ki, məlumatı Polşa mediası yayır.

Onların məlumatına görə, Varşava hava limanında Sərhəd Mühafizəsi və Polisnanın Mərkəzi İstintaq Bürosunun əməkdaşları Yunanıstandan Varşava istiqamətində uçan reysdə "qanuni oğru" statusuna malik Gürcüstan vətəndaşının ola biləcəyi barədə məlumat əldə ediblər. Gürcüstanlı kişi təyyarədən düşən kimi saxlanılıb.

Polşa hüquq-mühafizə orqanları həmin şəxsin həmçinin Fransa və Almaniya bazalarında da qeydiyyatda olduğunu aşkar ediblər. Fransa ötən dövrdə saxlanılan şəxsin Avropa İttifaqı ərazisinə daxil olmasının qadağan olunmasını tələb edib. Almaniya tərəfinin məlumatına görə isə, bu şəxs əvvəllər mütəşəkkil cinayətkar qrupun tərkibində fəaliyyətdə ittiham olunub və ictimai təhlükəsizlik və asayiş üçün təhdid yaradıb.

Polşa həmin şəxsi Gürcüstana deportasiya edib.