İran İordaniyadakı ABŞ bazalarını vurdu - Video
İran İordaniya ərazisində yerləşən ABŞ-yə məxsus hərbi obyektlərə raket zərbələri endirib.
XEBER.GE xəbər verir ki, bu barədə “SNN” telekanalı məlumat yayıb.
Mövcud məlumatlara görə, İran raketlərinin hədəfi Əl-Azraq rayonundakı “Muvaffaq əs-Salti” və “Şahzadə Həsən” aviabazaları olub.
Hücumun qarşısını almaq üçün İordaniya ordusu ballistik raketləri dəf etmək məqsədilə qırıcı təyyarələrini havaya qaldırıb.
Hadisə nəticəsində həlak olanlar və ya xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.
mənbə: qafqazinfo.az