Narkotik cinayətinə görə 18 nəfər saxlanılıb- VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyi narkotik cinayətləri ilə əlaqədar olaraq 18 nəfərin saxlanıldığını bildirir. Onlardan bir qisminə narkotik vasitələrin satışı, digərlərinə isə qanunsuz əldə etmə və saxlama ittihamı irəli sürülüb.
Nazirliyin məlumatına görə, bu cinayət əməllərinə görə təqsirli bilinən şəxsləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
DİN-in nümayəndəsi Qeka Qeladze bildirib ki, istintaq nəticəsində müəyyən edilib.
“Narkotik vasitələrin satışına görə saxlanılan şəxslər sistemli şəkildə narkotik vasitələrin müxtəlif yerlərdə qanunsuz satışını həyata keçirirdilər. Onlar həmçinin bu vasitələrin maraqlanan şəxslərə çatdırılması üçün məlumat ötürürdülər. Satışlar həm əlbəəl, həm də digər üsullarla baş verirdi”.
Onun sözlərinə görə, məhkəmə qərarı əsasında polis əməkdaşları dəfələrlə nəzarətli narkotik alışı həyata keçirib, bu zaman gizli audio və video çəkilişlər aparılıb.
Saxlanılan şəxslərin şəxsi əşyaları və yaşayış yerlərində aparılan axtarışlar zamanı, böyük miqdarda müxtəlif növ narkotik vasitələr maddi sübut kimi götürülüb.
mənbə: marneulifm