Tbilisidə yeniyetmənin qətlində şübhəli bilinən şəxslər saxlanıldı

Sep 10, 2026 - 15:41
Sep 10, 2026 - 15:57
 0  21
Tbilisidə yeniyetmənin qətlində şübhəli bilinən şəxslər saxlanıldı

Lotkini qəsəbəsində yeniyetmənin qətlə yetirilməsi işi ilə bağlı ümumilikdə 4 nəfər saxlanılıb ki, bunlardan ikisinin təqsiri gizlətmə ittihamı ilə bağlı olduğu ehtimal edilir.

XEBER.GE xeber  verir ki,  Daxili İşlər Nazirliyi yeniyetməni qəsdən öldürməkdə 18 yaşına çatmamış bir nəfərin saxlanıldığı barədə məlumat yaymışdı. 

"Mtavari" kanalının əldə etdiyi məlumata görə, yeniyetmələr gecə saatlarında "drayv"ların birində ad günü qeyd edirlər. Hadisə yerində onadək şəxs olub, onlar arasında mübahisə məhz tost zamanı – ilkin məlumata görə, öldürülən gənc ayağa qalxmadığı üçün düşüb.

Məlum olduğu kimi, yeniyetməyə soyuq silahla boyun nahiyəsindən xəsarətlər yetirilib.

Hadisə şahidlərindən biri bildirir: "Balaca oğlanlar idi, dalaşıblar, patrul maşını keçib, səs signalı verib, onlar da "ağsaqqal, hər şey qaydasındadır" deyiblər və az sonra hamısı birlikdə qaçmağa başlayıblar. Qızlar elə biliblər ki, sadəcə dava düşüb və qaçırlar, əslində isə uşağın boğazını kəsib yerə yıxıblar, özləri isə qaçıblar. Deyəsən, valideynləri evə qayıtmadığı üçün onu axtarıblar və səhərə yaxın tapıblar. Atası idi, ağlayırdı, gənc oğlanlar, dostları da orada idi, amma cəsədi kimin tapdığını bilmirəm".

Hadisə yerində olan şəxs "Mtavari"yə bildirib ki, hüquq-mühafizə orqanı artıq kameraların görüntülərini götürüb.