Güclü külək səbəbindən Batumi hava limanında bir neçə istiqamət üzrə uçuşlar dayandırılıb
Xeber.ge xeber verir ki,
Pis hava şəraiti ucbatından sərnişinlər İsrail və Türkiyə istiqamətinə uçuş edə bilməyiblər. Terminalda uşaqlı ailələr də daxil olmaqla həm Gürcüstan, həm də digər ölkələrin vətəndaşları uçuşların bərpasını gözləyirlər.
Hava limanı idarəsinin məlumatına görə, uçuşlar hava şəraiti yaxşılaşan kimi həyata keçiriləcək.