Tbilisidə Gldani Mall-da 40 yaşına yaxın kişi vəfat edib
Tbilisidə yerləşən Gldani Mall ticarət mərkəzində gənc kişi dünyasını dəyişib.
XEBER.GE xeber verir ki, bu barədə “Pirveli”yə vətəndaşlar məlumat veriblər.
Şahidlərin sözlərinə görə, 40 yaşına yaxın kişi aptekə daxil olaraq kömək istəyib.
Versiyalardan birinə əsasən, həmin şəxs distribütor olub.
Ölümün səbəbi ekspertiza nəticəsində müəyyən ediləcək.