2025-ci ildə Gürcüstanı 20–29 yaşlı 31 828 nəfər tərk edib
Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2025-ci ildə ölkəni 20–29 yaş aralığında olan 31 828 nəfər tərk edərək mühacirət edib.
XEBER.GE xeber verir ki, “Geostat”ın məlumatına əsasən, mühacirlərin ən böyük hissəsini 25–29 yaşlı şəxslər təşkil edib. Bu yaş qrupundan 17 105 nəfər ölkəni tərk edib. 20–24 yaş aralığında olan 14 723 nəfər isə mühacirət edib.
Məlumatlara görə, 2025-ci ildə 60–80 yaş aralığında olan 8 mindən çox insan da ölkədən köçüb.
Ümumilikdə, 2025-ci ildə Gürcüstandan 114 374 nəfər mühacirət edib. Onlardan 68 152-si kişi, 46 222-si isə qadındır.
2024-cü ildə isə ölkəni 121 425 nəfər tərk edib. Həmin il də ən böyük göstərici 25–29 yaş qrupunda qeydə alınıb — bu yaş aralığından 18 707 nəfər mühacirət edib.