Gürcüstanda 35 min dollar dəyərində saxta pul dövriyyəyə buraxan əcnəbi saxlanılıb

Oct 19, 2026 - 13:15
 0  133
Gürcüstanda 35 min dollar dəyərində saxta pul dövriyyəyə buraxan əcnəbi saxlanılıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, külli miqdarda saxta pul satmaqda ittiham olunan xarici ölkə vətəndaşı saxlanılıb.

XEBER.GE xeber  verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qanunsuz maddi gəlir əldə etmək məqsədilə Acarıstan regionunda ümumilikdə 35 000 ABŞ dolları dəyərində 350 ədəd saxta 100 dollarlıq əskinası dövriyyəyə buraxıb.

İstintaq Xidmətinin məlumatına görə, saxta əskinasların hamısı götürülüb.