İormuğanlıda güclü partlayış

Jun 23, 2026 - 15:20
 0  14
İormuğanlıda güclü partlayış

Saqareco bələdiyyəsinin İormuğanlı kənd sakini, 19 yaşlı Lamiyə Allahverdiyeva öz evinın mətbəxində baş verən güclü partlayış nəticəsində həyatını itirib.

XEBER.GE xəbər verir ki, "Marneulinews.ge" portalının yaydığı məlumata görə, dəhşətli faciəyə ilkin ehtimala əsasən mətbəxdə baş verən qaz sızması səbəb olub.

Partlayış zamanı ağır yanıq xəsarətləri alan gənc qız dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, 12 gün reanimasiyada ölüm-dirim savaşı verən Lamiyənin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, vaxtsız dünyasını dəyişən Lamiyə Allahverdiyeva İlia Dövlət Universitetinin Elmlər və Sənət fakültəsinin tələbəsi idi.