"Qrantlar haqqında" qanunun qəbulundan sonra ölkədə vəziyyət sabitləşib

Jun 23, 2026 - 13:00
 0  5
"Qrantlar haqqında" qanunun qəbulundan sonra ölkədə vəziyyət sabitləşib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, ölkədə xarici qrantların bir hissəsi nifrətin və qarşıdurmanın təşviqi, eləcə də dövlət institutlarına qarşı fəaliyyətlərin maliyyələşdirilməsi üçün istifadə olunurdu.

Hökumət başçısı bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, qrantlar vasitəsilə aqressiyanın təşviqi, Pravoslav Kilsəsinə və dövlət qurumlarına qarşı kampaniyaların maliyyələşdirilməsi həyata keçirilirdi və bu, xarici müdaxilənin alətlərindən biri hesab olunurdu.

Kobaxidze qeyd edib ki, məhz bu səbəbdən Gürcüstanda "Qrantlar haqqında" qanun qəbul olunub.

"Qrantlar haqqında qanunu qəbul etdikdən sonra ölkəmizdə vəziyyət sabitləşdi. Bundan əvvəl dörd il ərzində beş inqilab cəhdi olub və bunlar qrantlar hesabına maliyyələşdirilən təşkilatlar tərəfindən təşkil edilib", - deyə Baş nazir bildirib.

O əlavə edib ki, bəzi beynəlxalq qurumların qanunun ləğvi ilə bağlı çağırışları hökumət tərəfindən qəbul edilmir.

Baş nazir vurğulayıb ki, Gürcüstan hakimiyyəti ölkədə qeyri-sabitlik yaratmağa yönəlmiş istənilən cəhdə qarşı sərt mövqe nümayiş etdirəcək.

mənbə: report