Gürcüstanda səhər saatlarında zəlzələ baş verdi

Jun 23, 2026 - 10:09
 0  12
Gürcüstanda səhər saatlarında zəlzələ baş verdi

Gürcüstanda zəlzələ baş verib. Yerli vaxtla saat 08:07-də ölkə ərazisində yeraltı təkanlar qeydə alınıb.

XEBER.GE xəbər verir ki, Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzinin ilkin məlumatlarına görə, zəlzələnin maqnitudası 4.4 (Ml) təşkil edib.

Yeraltı təkanların episentri Tkibuli şəhərindən 8 kilometr şimalda, Xonçiori kəndi yaxınlığında (kənddən 3 kilometr aralıda) yerləşib.

Dağıntı və ya xəsarət alanlar barədə hələlik hər hansı əlavə rəsmi məlumat yayılmayıb.