Gürcüstandan daha 6 əcnəbi vətəndaş deportasiya edildi

Miqrasiya Departamentinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi immiqrasiya nəzarəti tədbiri zamanı 6 əcnəbi vətəndaş saxlanılıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində keçirilən tədbirdə konkret ünvanlar yoxlanılıb və məqsəd ölkədə qanuni əsas olmadan yaşayan əcnəbilərin müəyyən edilməsi olub.
Reydlərin nəticəsində saxlanılan şəxslər arasında Hindistan və İran vətəndaşları da var. Araşdırma zamanı məlum olub ki, onlar “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Gürcüstan qanununun tələblərini pozaraq ölkədə qanunsuz qalırdılar.
Hazırda həmin şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdirilib və ölkədən çıxarılmaları üçün müvafiq prosedurlar aparılır.
Daxili İşlər Nazirliyi qeyd edir ki, belə xüsusi immiqrasiya nəzarəti tədbirləri mütəmadi olaraq keçiriləcək və məqsəd “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Gürcüstan qanununun səmərəli icrasını təmin etməkdir.
mənbə: interpress