Gürcüstanda ölüm hallarının sayı artıb

2024-cü ildə ölkədə 43 971 nəfər dünyasını dəyişib ki, bu da 2023-cü illə müqayisədə 1 215 nəfər və ya 2.8% çoxdur.
Bu barədə məlumat Gürcüstanın Milli Statistika Xidmətinin (Geostat) statistikasında öz əksini tapıb.
Geostat-ın yaydığı açıqlamaya əsasən, ölüm səbəbləri arasında əsas payı qan-damar sistemi xəstəlikləri (41.3%) və onkoloji xəstəliklər (13.0%) tutur.
Məlumatda bildirilir ki, ölüm səbəblərinin paylanması yaş qruplarına görə fərqlənir. Belə ki, 5 yaşa qədər uşaqlarda əsas ölüm səbəbi perinatal dövrdə yaranan pozuntulardır. 5–39 yaş arası qrupda isə qəzalar, zəhərlənmələr və digər xarici təsirlər üstünlük təşkil edir ki, bu yaş kateqoriyası üçün qəza riski nisbətən yüksəkdir. 40 yaşdan yuxarı əhali arasında isə ölüm səbəbləri içində qan-damar sistemi xəstəlikləri və xərçəng halları üstünlük təşkil edir.
mənbə: interpress