Kutaisi-Lentehi yolunda hərəkət tamamilə məhdudlaşdırıldı

Jul 19, 2026 - 15:35
 0  14
Kutaisi-Lentehi yolunda hərəkət tamamilə məhdudlaşdırıldı

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin yaydığı təcili məlumata görə, daxili dövlət əhəmiyyətli Kutaisi–Sğaltubo–Sageri–Lentehi–Lasdili avtomobil yolunun 98-ci kilometrliyində hərəkət müvəqqəti olaraq dayandırılıb.

XEBER.GE xəbər verir ki, məhdudiyyət təhlükəsizlik tədbirləri çərçivəsində tətbiq olunub.

  Güclü yağıntılar nəticəsində çayın səviyyəsi kəskin yüksəlib, su məcrasından çıxaraq Saqdri körpüsü yaxınlığında avtomobil yolunun hərəkət hissəsini tamamilə basıb.

  Yaranmış təhlükə ilə əlaqədar olaraq, sözügedən yol sahəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib.

  Departament sürücülərdən tətbiq olunan məhdudiyyətləri nəzərə almağı, ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarına və aidiyyəti qurumların göstərişlərinə qətiyyətlə əməl etməyi xahiş edir.