Milli Ətraf Mühit Agentliyi əhaliyə xəbərdarlıq edir

Jan 8, 2026 - 15:26
 0  35
Milli Ətraf Mühit Agentliyi əhaliyə xəbərdarlıq edir

Xeber.ge xəbər verir ki, yanvarın 9-dan 10-u səhər saatlarınadək Qərbi Gürcüstanda yağış, bəzi yerlərdə şimşək çaxacağı ilə müşayiət olunan güclü yağış, küləyin güclənməsi və dənizdə 3-4 ballıq fırtına gözlənilir.

Ölkənin yüksək dağlıq rayonlarında qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, duman, çovğun və uçqun təhlükəsi ehtimal olunur. Güclü qar yağışı, çovğun, görünüşün pisləşməsi, buzlaşma və uçqun təhlükəsi səbəbindən avtomobil yollarının ayrı-ayrı hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.

Gözlənilən yağıntılar Qərbi Gürcüstanın çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, təpəlik və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi orta qiymətləndirilir).