Gürcüstanda avqustun 31-dək hava kəskin pisləşəcək

Aug 29, 2026 - 18:24
 0  17
Gürcüstanda avqustun 31-dək hava kəskin pisləşəcək
: :
playing

Avqustun 29-dan 31-dək Gürcüstan ərazisinin böyük hissəsində yenidən fasilələrlə yağış, bəzi rayonlarda isə güclü leysan gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi və küləyin güclənəcəyi ehtimal olunur.

XEBER.GE xeber  verir ki, bu barədə məlumatı Milli Ətraf Mühit Agentliyi yayır.

Agentliyin bildirdiyinə görə, gözlənilən güclü yağıntılar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq zonalarda isə torpaq sürüşməsi və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər (Təhlükə səviyyəsi: Orta).