Axmetada keçmiş həyat yoldaşına zorakılıq edən şəxs saxlanılıb

Apr 28, 2026 - 12:04
 0  18
Axmetada keçmiş həyat yoldaşına zorakılıq edən şəxs saxlanılıb

Gürcüstanın Axmeta bələdiyyəsində keçmiş həyat yoldaşına qarşı fiziki zorakılıq göstərən, onu təqib edən və mənzil toxunulmazlığını pozan şəxs hüquq-mühafizə organları tərəfindən yaxalanıb.

Xeber.ge xəbər verir ki,  saxlanılan 31 yaşlı Q.X. bir neçə ağır maddə üzrə ittiham olunur.

  İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı, 1996-cı il təvəllüdlü K.R.-nın yaşadığı evə icazəsiz daxil olub. O, azyaşlı uşaqlarının gözü qarşısında qadına qarşı fiziki zorakılıq tətbiq edib. Bundan əlavə, araşdırmalar nəticəsində məlum olub ki, saxlanılan şəxs keçmiş həyat yoldaşını sistemli şəkildə izləyib və təqib edib (stalkinq).

  Polis tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Q.X. şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı prima (Ailə daxili zorakılıq), 151-ci prima (Təqib/İzləmə) və 160-cı (Mənzil toxunulmazlığının pozulması) maddələri ilə cinayət işi başlanılıb. Təqsirləndirilən şəxsi 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.