Ermənistan bu kəndi Gürcüstana verir?
Ermənistan hökuməti sərhəd demarkasiyasının bir hissəsi olaraq Cilizə kəndinin Ermənistanın şimalındakı (Gürcüstanla həmsərhəd – red.) Alaverdi icmasına verilməsinin planlaşdırıldığı barədə şayiələri təkzib edib.
Bəzi mənbələr Gürcüstanla sərhəd yaxınlığında yerləşən və genişlənmiş Alaverdi icmasının bir hissəsi olan yaşayış məntəqəsinin demarkasiya prosesi zamanı başqa yerə köçürülməsinin nəzərdə tutulduğunu bildirmişdilər.
Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial mediada yazıb: “Ermənistan Respublikasının suveren ərazisinin hər hansı bir hissəsinin başqa bir ölkəyə verilməsi niyyəti, planı və ya razılaşması ilə bağlı hər hansı bir açıqlama, fikir və ya məlumat həqiqətə uyğun gələ bilməz”.
Bir gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının yaradılması ilə bağlı tədbirdə bildirib ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə yanaşı, gündəliyə Gürcüstanla delimitasiya prosesi də daxildir və bu barədə gürcü tərəfdaşlarla razılıq əldə edilib.
mənbə: publika.az