Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Acarıstan hökumətinin başçısı olub

Apr 28, 2026 - 14:52
 0  13
Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Acarıstan hökumətinin başçısı olub

Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Zurab Pataradze Acarıstan Muxtar Respublikasının hökumətinin sədri olub.

 Xeber.ge xəbər verir ki, Acarıstan Ali Şurası səsvermə nəticəsində Pataradzeni hökumət sədri vəzifəsinə təyin edib və Nazirlər Kabinetinin üzvlərini təsdiq edib.

Acarıstanın səhiyyə və sosial müdafiə naziri Nino Nijaradze, Acarıstanın təhsil və idman naziri - Maya Xacişvili, Acarıstanın

mədəniyyət naziri - Eliso Bolkvadze, Acarıstanın kənd təsərrüfatı naziri - Denis Salukvadze, Acarıstanın maliyyə və iqtisadiyyat naziri -

Ednar Nataridze olacaq.

Qeyd edək ki, Zurab Pataradzeinin Azərbaycandakı diplomatik missiyası 2026-cı ilin aprelində bitib.