Marneulidə ağır yol qəzası: Azyaşlı piyada həlak olub-VİDEO

Apr 28, 2026 - 22:05
 0  80

Gürcüstanın Bolnisi bələdiyyəsinin Tsurtavi kəndində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Minik avtomobili 10 yaşlı uşağı vurub.

Xeber.ge xeber  verir ki, hadisə azyaşlı kənd yolunda velosipedlə hərəkət edərkən qeydə alınıb.

  Məlumata əsasən, qəzanı törədən sürücü dərhal xəsarət alan uşağı öz avtomobili ilə Marneulidəki xəstəxanalardan birinə çatdırıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, ağır xəsarətlər alan 10 yaşlı məktəblinin həyatını xilas etmək mümkün olmayıb.

  Hazırda Marneulidə, uşağın yerləşdirildiyi klinikanın qarşısında mərhumun çox sayda yaxını və ailə üzvü toplaşıb. Ərazidə vəziyyətin gərgin olduğu bildirilir. Hadisə yerinə və klinika ətrafına asayişi qorumaq məqsədilə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

  Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi (Nəqliyyat vasitəsinin hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulması) ilə cinayət işi başlanılıb. Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.