Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artırılır

Apr 28, 2026 - 18:44
 0  25
Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artırılır

Xəbər.ge xeber verir ki, 2026-cı il mayın 1-dən "Gürcüstanın İnzibati Xətalar Məcəlləsi"nə edilmiş dəyişikliklər qüvvəyə minir.

Yeni qaydalara əsasən, yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artırılır. Belə ki:

Manevr qaydalarının pozulması: Cərimə məbləği 100 lariyə qaldırılır. Eyni zamanda, bu xətaya görə sürücülük vəsiqəsindən 20 bal silinəcək.

Sürət həddinin aşılması: Sürəti 15 km/saatdan çox, lakin 40 km/saatdan artıq olmamaq şərtilə aşmağa görə sanksiya 50 laridən 100 lariyə qaldırılır.

Təhlükəsizlik kəməri: Sürücü və ya sərnişinin kəmərdən istifadə etməməsinə görə cərimə 50 lariyə çatdırılır və sürücülük vəsiqəsindən 10 bal silinir.

Mobil telefondan istifadə: Sükan arxasında telefondan istifadəyə görə cərimə 50 lari olacaq.

Dayanma-durma qaydaları: Tbilisi ilə yanaşı, Kutaisi, Batumi, Msxeta, Rustavi, Qori, Telavi, Poti, Zuqdidi, Axaltsixe, Ozurgeti şəhərlərində, kurort zonalarında, həmçinin M3, N2, N3 və ya T kateqoriyalı nəqliyyat vasitələri üçün cərimə 50 lariyə qaldırılır.

"Drift": Əmlaka və ya insan sağlamlığına yüngül zərər vuran "drift" hərəkəti 500 lari cərimə və sürücülük hüququnun 6 ay müddətinə məhdudlaşdırılması ilə nəticələnəcək.

Təkrari qayda pozuntusu: Qəza şəraiti yaradan və ya tıxaca səbəb olan təkrari qayda pozuntusuna görə 300 lari cərimə və vəsiqədən 30 balın silinməsi nəzərdə tutulur.

Yük avtomobilləri üçün məhdudiyyət: Tbilisidə ümumi istifadədə olan yollarda N2 və ya N3 kateqoriyalı (yük) avtomobillərin hərəkəti (əgər təyinat nöqtəsi Tbilisi deyilsə) 500 lari məbləğində cərimələnəcək.

Özünüməşğul olan xarici vətəndaşların işə düzəlmə qaydalarına nəzarət mexanizmi işə düşür

1 mart tarixindən etibarən, Gürcüstanda xarici ölkə vətəndaşının qanuni şəkildə işləməsi üçün (o cümlədən distant iş üçün) "əmək fəaliyyəti hüququ" alması tələb olunur.

Yeni qaydalara görə, yerli işəgötürənlər vakansiya elan edərkən xarici vətəndaşı işə götürmə zərurətini əsaslandırmalı və müvafiq qurumlardan icazə almalıdırlar.

Artıq 2026-cı il mayın 1-dən isə Gürcüstanda əvvəllər işə düzəlmiş özünüməşğul xarici vətəndaşlar üçün bu qaydaların icrası və yoxlanılması mexanizmi tam fəaliyyətə başlayacaq.