Gürcüstan Almaniyaya daha bir nota verib
Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Almaniyanın xarici siyasət idarəsinə daha bir nota təqdim edib.
Xeber.ge xəbər verir ki, yazılı notada Almaniya XİN-nin rəsmi saytında Gürcüstanla bağlı məlumatların yenilənməsi ilə bağlı xahiş yer alıb.
Qeyd edək ki, bundan öncə Gürcüstan XİN rəsmi Berlinə eyni xahişin yer aldığı şifahi nota verib.
Xatırladaq ki, Almaniya XİN-nin rəsmi saytında Gürcüstanla bağlı məlumatda ölkə prezidentinin Salome Zurabişvili, xarici işlər nazirinin
isə İlya Darçiaşvili olduğu göstərilib.