İtaliyada qarət cəhdi: Gürcüstan vətəndaşı həbs edilib

Apr 21, 2026 - 15:13
 0  30
İtaliyada qarət cəhdi: Gürcüstan vətəndaşı həbs edilib

İtaliyanın paytaxtı Romada ev qarətində şübhəli bilinən Gürcüstan vətəndaşı hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.

 Xeber.ge xəbər verir ki, İtaliya mediasına istinadən verdiyi məlumata görə, hadisə Romanın Kasillino məhəlləsində qeydə alınıb.

  Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 46 yaşlı Gürcüstan vətəndaşı "isti izlərlə" saxlanılıb. Şübhəli şəxsə baxış keçirilərkən onun üzərindən iki çanta aşkar olunub. Çantaların içərisində mənzil qapılarını qanunsuz yolla açmaq və qırmaq üçün nəzərdə tutulmuş xüsusi alətlər komplekti tapılaraq maddi sübut kimi götürülüb.

  Saxlanılan şəxs dərhal istintaqa cəlb olunub. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir və saxlanılan şəxsin paytaxt ərazisində baş vermiş digər mənzil oğurluqlarında iştirak edib-etmədiyi araşdırılır.