USAID qalmaqalı: "Onların hamısı Gürcüstandan üzr istəməlidir"

Feb 8, 2025 - 11:40
 0  42
USAID qalmaqalı: "Onların hamısı Gürcüstandan üzr istəməlidir"

"Xarici agentlərlə bağlı qanunu tənqid edənlərin hamısı Gürcüstandan üzr istəməlidir".

Bunu Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili özünün "Facebook" hesabında bildirib.

O, ABŞ prezidenti Donald Trampın ABŞ Beynəlxalq İnkişaf Agentliyindəki (USAID) korrupsiya ilə bağlı sözlərini belə şərh edib:

“Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı mübarizə aparan bütün əcnəbilərin Gürcüstan dövlətindən və gürcü xalqından üzr istəmələrinin vaxtı çatıb”.

Qeyd edək ki, Tramp USAİD-də korrupsiya səviyyəsinin görünməmiş səviyyədə olduğunu açıqlayıb. Daha sonra Ağ Evin USAID-in dünya üzrə işçilərinin 97%-ni ixtisar edəcəyi bildirilib.

mənbə: publika