Salome Zurabişvili Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək

Salome Zurabişvili Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək. Məlumatı onun mətbuat xidməti də təsdiqləyib.
“Gürcü arzusu” hökuməti Münhen Təhlükəsizlik Konfransında iştirak etmir. Bu məlumat yanvar ayında məlum olub.
Hökumət administrasiyasının nümayəndəsi bizə “Dəvətimiz olsa belə, gedə bilməzdik” desə də, heç bir əlavə suala cavab verməmişdi.
Münhen Təhlükəsizlik Konfransı bu il fevralın 14-16-na planlaşdırılıb. Bu beynəlxalq təhlükəsizlik siyasəti üzrə dünyanın aparıcı konfranslarından biridir. 1693-cü ildən bəri siyasi, hərbi, biznes və vətəndaş cəmiyyəti liderləri cari qlobal təhlükəsizlik çağırışlarını müzakirə etmək üçün hər il buraya toplaşırlar.
mənbə: modern