Gürcüstan parlamenti dövlət kompensasiyaları ilə bağlı yeni qanunu qəbul edib
Gürcüstan parlamenti "Dövlət kompensasiyası və dövlət akademik təqaüdləri haqqında" qanuna edilən dəyişiklikləri üçüncü oxunuşda dəstəkləyib.
Qanun layihəsinin lehinə 83 deputat səs verib.
Xeber.ge xeber verir ki,
Qəbul edilmiş sənədə əsasən, 1 noyabr 2025-ci il tarixinədək vətəndaşlara artıq verilmiş dövlət kompensasiyaları leqallaşdırılmış hesab olunacaq. Bu o deməkdir ki, həmin vəsaitlər dövlət büdcəsinə geri qaytarılmayacaq.
Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə nazirinin müavini İrine Tsakadze bildirib ki, bu qərar bir çox hüquqi prosesə son qoyacaq:
- Artıq ödənilmiş vəsaitlərlə bağlı bütün növ inzibati və məhkəmə icraatları dayandırılacaq;
- Məcburi icra prosesləri (vəsaitlərin tutulması) ləğv ediləcək.
Bu addım dövlət kompensasiyası alan və texniki səhvlər və ya digər səbəblərdən artıq vəsait mənimsəmiş şəxslərin üzərindəki maliyyə yükünü və hüquqi təzyiqi aradan qaldırmaq məqsədi daşıyır.