Qoridə ana və uşağın ölümünə səbəb olan qəza Sürücü həbs edildi

Jul 14, 2026 - 10:14
Jul 14, 2026 - 10:26
 0  13
Qoridə ana və uşağın ölümünə səbəb olan qəza Sürücü həbs edildi
: :
playing

Qori şəhərinin mərkəzində, Çavçavadze küçəsində baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsindən ağır xəbər gəlib. Hadisə nəticəsində ağır xəsarət alan və xəstəxanaya yerləşdirilən azyaşlı uşaq həkimlərin bütün səylərinə baxmayaraq, klinikada dünyasını dəyişib.

XEBER.GE yerli mediaya istinadən xəbər verir ki, qəza zamanı ağır yaralanan ana da xəstəxanaya çatdırıldıqdan qısa müddət sonra vəfat etmişdi. Beləliklə, eyni ailənin iki üzvü - ana və onun azyaşlı övladı bu qorxunc qəzanın qurbanı olub.

Xatırladaq ki, hadisə 13 iyulda baş verib. Sürətlə hərəkət edən avtomobil piyada olan ana və uşağı vurub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə başlanmış istintaq davam edir. Hadisəni törədən və iki nəfərin ölümünə səbəb olan sürücü polis tərəfindən saxlanılıb və hazırda həbsdədir.