Saqarecoda 29 yaşlı gənc ad günündə ölü tapılıb
Gürcüstanın Kaxeti regionunun Saqareco bələdiyyəsində bədbəxt hadisə baş verib.
Xeber.ge xəbər verir ki, "Mtavari Ambebi Kaxetidan" regional nəşrinə istinadən verdiyi məlumatına görə, 29 yaşlı kişi yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb.
Mənbənin məlumatına görə, hadisə iki gün əvvəl qeydə alınıb. Gənc kişinin cansız bədənini məhz öz ad günündə ailə üzvlərindən biri tapıb və dərhal əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb.
Mərhumun qohumları mətbuata açıqlamalarında hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verdiyindən xəbərsiz olduqlarını bildiriblər.
Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən rəsmi istintaq başladılıb. Ölümün dəqiq səbəbini müəyyənləşdirmək məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub, araşdırmalar davam etdirilir.