İraq sularında İranın bombaladığı tankerdə 23 gürcü dənizçi olub

Mar 12, 2026 - 14:01
Mar 12, 2026 - 14:02
 0  17
İraq sularında İranın bombaladığı tankerdə 23 gürcü dənizçi olub

Dənizçilərin məlumatına görə, tanker təkcə üzərində partlayıcı qurğular yerləşdirilmiş qayıqlarla deyil, həm də dronlarla partladılıb.

 

Xeber.ge xəbər verir ki, İranın dövlət televiziyası faktı təsdiqləyib və bildirib ki, tankerlər İranın pilotsuz sualtı aparatı tərəfindən partladılıb.

 

Dənizçilərdən birinin həyat yoldaşı Radio Azadlıqa bildirib ki, sağ qalanlar artıq başqa bir gəmiyə köçürülüb və onların həyatı üçün təhlükə yoxdur.

 

“Dünən gecə saat 12-də onunla danışdım və hər şey yaxşı idi. Sonra özü gecə saat 1:30 radələrində mənə zəng etdi və tələsik dedi: ‘Hamımız yaxşıyıq, hamımız xilas olduq’. Səhər yenidən danışdıq – dedi ki, tankeri dron da vurub, hər şey yanıb. Digər tankerdə isə itkilər olub. Onları İraq limanına aparıblar”, – deyə dənizçi İrakli Caşinin həyat yoldaşı Ninço Surmanidze bildirib.

 

Xatırladaq ki, hücum 12 mart gecəsi baş verib. Hədəf alınan gəmilərdən biri Malta bayrağı altında üzən Zefyros tankeridir və onun kapitanı gürcü olub. Gəmidə 23 gürcü dənizçi olub.