Gürcüstanda 6 ildən köhnə avtomobillərin gömrük rəsmiləşdirilməsi bahalaşır
Gürcüstan hökuməti avtomobil bazarında ciddi qiymət artımına səbəb olacaq yeni qərar hazırlayıb.
Xeber.ge xeber verir ki,
Hazırda qüvvədə olan Vergi Məcəlləsinin 188-ci maddəsinə əsasən, 6 ildən köhnə avtomobillərin idxalı üçün mühərrikin hər kub santimetrinə görə tarif 0.8 lari ilə 2.4 lari arasında (ilinə görə) dəyişir. Yeni qaydaya əsasən isə bu məbləğ vahid formada 4.5 lari müəyyən ediləcək.
vergisi mühərrikin həcmi (sm³) ilə 4.5 lari tarifinin hasilinə bərabər olacaq:
· 1.5 litrlik mühərrikli avtomobil üçün: 6 750 lari
· 2.0 litrlik mühərrikli avtomobil üçün: 9 000 lari
· 3.0 litrlik mühərrikli avtomobil üçün: 13 500 lari
Hökumət köhnə avtomobillərin idxalını çətinləşdirsə də, yeni və elektrikli nəqliyyat vasitələri üçün əlverişli şərait saxlayır:
· 0-3 yaşlı avtomobillər: Aksiz dərəcəsi hər kub üçün təxminən 1.2–1.5 lari təşkil edir.
· Hibrid avtomobillər: Aksiz vergisində 50% güzəşt tətbiq olunur.
· Elektromobillər: Gürcüstana idxalı həm aksiz, həm də ƏDV-dən tamamilə azaddır.
Ekspertlər hesab edirlər ki, bu dəyişiklik ölkənin avtomobil parkının yenilənməsinə və ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir, lakin aşağı büdcəli alıcılar üçün avtomobil əlçatanlığını azaldacaq.