Yanğınsöndürən ləğvetmə işləri zamanı həyatını itirdi
Dekabrın 21-də Tbilisinin Çavçavadze prospektində yerləşən binada ləğvetmə işləri zamanı divarın uçması nəticəsində yanğınsöndürən həyatını itirib.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat yayıb.
Fövqəladə Halların İdarə Edilməsi Xidməti hadisə ilə bağlı həlak olan yanğınsöndürən-xilasedicinin ailəsinə, yaxınlarına və əməkdaşlarına başsağlığı verir.
“Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidməti yanğınsöndürən, mülki təhlükəsizlik leytenantı, 1982-ci il təvəllüdlü Giorgi Lelaşvilinin vəfatından dərin hüznlə kədərləndiyini bildirir.
Giorgi Lelaşvili bu il dekabrın 21-də Tbilisidə Çavçavadze prospektində yerləşən binada ləğvetmə işləri apararkən divarın uçması nəticəsində həlak olub.
"Fövqəladə Hallar İdarəsi hadisə ilə bağlı dərin hüznünü bildirir və yanğınsöndürən-xilasedicinin ailəsinə, yaxınlarına və əməkdaşlarına başsağlığı verir", - məlumatda deyilir.
mənbə: interpress