21 yaşlı Fatimə Kərimovanın qatili Türkiyədə saxlanılıb

Jul 5, 2026 - 18:15
 0  12
21 yaşlı Fatimə Kərimovanın qatili Türkiyədə saxlanılıb

21 yaşlı Fatimə Kərimovanın qətlində ittiham olunan onun əmisi oğlu Türkiyədə saxlanılıb.

XEBER.GE xeber  verir ki, bu barədə hüquq müdafiəçisi Samirə Bayramova sosial şəbəkədə məlumat yayıb.

Azərbaycandan Gürcüstana gələn və əmisi oğlu tərəfindən amansızcasına qətlə yetirilən 21 yaşlı Fatimə Kərimovanın qatili Türkiyədə həbs olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl Tbilisidə kirayə götürülmüş mənzildə azərbaycanlı qızın meyiti aşkarlanmışdı. İlk məlumatı “Səfər” təşkilatının rəhbəri Baia Pataraia yaymışdı.

Qohumlarının “Pirveli tv”ə verdiyi məlumata görə, Fatiməni əmisi oğlu yalnız şəxsi həyatını bəyənmədiyi üçün qətlə yetirib.

Məlum olub ki, 21 yaşlı qız iyunun əvvəlində sevgilisi ilə Tbilisiyə gəlib. Qızın yaxınlarının sözlərinə görə, sevgilisi onu küçədə tərk edib. Bundan sonra Fatimənin bacısının dediyinə görə, onların əmisi oğlu Gürcüstana gəlib, mənzil kirayələyib, qızı öz yanına köçürüb və sonda işgəncə verərək qətlə yetirib.