Aİ-nin Gürcüstana vizasız rejimin ləğvi ilə bağlı təhdidləri əsassızdır

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib ki, Avropa İttifaqının (Aİ) vizasız rejimin ləğvi ilə bağlı təhdidləri əsassızdır.
O, Aİ-nin üzv dövlətlərinin bu məsələni siyasi təzyiq vasitəsinə çevirməyə hazır olmadığını iddia edib.
"Hamı aydın gördü ki, vizasız gediş-gəlişin ləğvi barədə danışmaq və bununla Gürcüstana təzyiq göstərmək əsassızdır. Avropa İttifaqı bir qələmlə vizasız rejimi siyasət alətinə çevirməyə hazır deyil", - Boçorişvili deyib.
Nazirin sözlərinə görə, Aİ-də bu ideyanın həyata keçirilməsinə kifayət qədər dəstək yoxdur və vizasız rejimin dayandırılması istiqamətində konkret addım atılması gözlənilmir.
mənbə: report