İntim fotoları sosial şəbəkədə yayan şəxs Sameqreloda saxlanıldı

Aug 25, 2026 - 14:25
 0  11
İntim fotoları sosial şəbəkədə yayan şəxs Sameqreloda saxlanıldı

Şəxsi həyatın məxfiliyini pozma faktı üzrə bir nəfər saxlanılıb.

XEBER.GE xeber  verir ki,  bu barədə məlumatı Gürcüstan Prokurorluğu yayır.

Qurumun bildirdiyinə görə, Sameqrelo-Zemo Svaneti Vilayət Prokurorluğunun İstintaq İdarəsi tərəfindən aparılan istintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs zərərçəkənin intim məzmunlu fotoşəkillərini əldə edib və saxlayıb, daha sonra isə onları sosial şəbəkə vasitəsilə qanunsuz olaraq yayıb.

Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 157¹-ci maddəsinin 2-ci hissəsi üzrə ittiham irəli sürüləcək ki, bu da cəza tədbiri kimi 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.