Tbilisidə yaşayış binasının 12-ci mərtəbəsində yanğın baş verib
Tbilisidə, Quramişvili prospektində yerləşən yaşayış binasında yanğın baş verib.
XEBER.GE xeber verir ki, Fövqəladə Halların İdarə Olunması Xidmətindən "PrimeTime"a verilən məlumata görə, yanğın çoxmərtəbəli binanın 12-ci mərtəbəsində yerləşən mənzillərdən birində qeydə alınıb.
Xilasedicilərin çevik müdaxiləsi nəticəsində yanğın artıq tam söndürülüb . Hadisə nəticəsində xəsarət alan olmayıb.